Modern.az

Qiymət Mehdiyev haqda kompromatı mediaya türk iş adamı ötürüb - QALMAQAL

Qiymət Mehdiyev haqda kompromatı mediaya türk iş adamı ötürüb - QALMAQAL

Aktual

28 Yanvar 2016, 11:14

Azərbaycanlı məmur arvadının Türkiyədə bahalı villa alması haqda xəbər qismən də olsa təsdiqləndiyindən, məsələ ilə bağlı media və sosial şəbəkələrdə müzakirələr bitməyib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyev xanımı Könül Mehdiyevanın adına Türkiyənin kurort bölgəsində iddia olunduğu kimi 20 milyon dollara 16 villa deyil, təxminən 90 min dollara 1 villa alındığını etiraf edib. Faktı ANS TV-nin efirindən söyləməyə məcbur olan SOCAR rəsmisi onu da bildirib ki, ailəyə məxsus alıq-satqı sənədlərinin mətbuata kimin tərəfindən ötürüldüyünü də bilir. Amma Q.Mehdiyev müsahibəsi zamanı həmin şəxsin kim olduğunu açıqlamayıb.

Modern.az saytı Qiymət Mehdiyevdən “qisas almış” şəxsin kimliyi barədə maraqlı məlumat əldə edib. Saytımıza verilən xəbərdə bildirilir ki, azərbaycanlı məmur haqda kompromat yerli mediaya ölkəmizdə fəliyyət göstərmiş türk iş adamı olan bir xanım tərəfindən ötürülüb. Qeyd olunur ki, xanım biznesmen SOCAR rəsmisinin ailəsinə məxsus villanın alqı-satqı sənədlərini Türkiyədəki əlaqələri vasitəsilə əldə edərək, onları Azərbaycan mediasına sızdırıb. Bəs onun SOCAR rəsmisinə qarşı qərəzi nədən irəli gəlib?

Mənbənin bildirdiyinə görə, Azərbaycanın turizm bölgələrindən birində bahalı istirahət mərkəzinin inşasında türk iş admı olan həmin xanım da iştirak edib. Türkiyəli biznesmen  tikintini bir müddət mərmər daşla təmin edirmiş. Nə qədər qəribə olsa da, tikintiyə Qiymət Mehdiyevin nəzarət etdiyi söylənilir. Məhz elə tikintinin gedişində otelin insasinda mərmər təminatını həyata keçirən qadın iş adamı ilə SOCAR rəsmisinin biznes maraqlari toqquşub. İnşaatın gedişində mərmərin qiymətinə görə razılığa gələ bilmədiklərindən, onlar arasında ciddi narazılıq yaranıb və xanlm iş adamı prosesdən kənarlaşdırlıb.
Bundan sonra türk xanlm iş adamı uzun müddət Qiymət Mehdiyevdən “qisas almaq” üçün tədbir haqda fikirləşib və bu, məlum olayın baş verməsilə nəticələnib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır