Modern.az

Azərbaycanda «quş qripi» aşkarlanıb

Azərbaycanda «quş qripi» aşkarlanıb

3 Dekabr 2010, 15:45

Azərbaycanın Samux rayonunda H5N1 virusu («quş qripi») aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib.

Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidməti tərəfindən Səhiyyə Nazirliyinə quş qripi ilə bağlı məlumat daxil olub: «Belə ki, Samux rayonunda ev quşları arasında tələfat olub və qan nümunələri nazirliyə göndərilib».

Nazir müavini qeyd edib ki, H5N1 virusu olan «quş qripi»nin H5-i artıq təsdiq olunub, N1-in aşkarlanması istiqamətində isə hazırda laboratoriyada tədqiqatlar aparılır.  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə