Modern.az

Rusiyalı pilotu güllələyən şəxs İstanbulda - FOTO

Rusiyalı pilotu güllələyən şəxs İstanbulda - FOTO

28 Yanvar 2016, 16:35

Türkiyə-Suriya sərhəddində vurulan Rusiya təyyarəsinin pilotunu havada güllələməkdə təqsirli bilinən Alparslan Çəlik İstanbulda yas mərasimində görüntülənib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərin Fatih səmtində MHP bürosunun rəhbəri İbrahim Küçükün yas mərasiminə qatılan Çəlik tezliklə Suriyaya geri dönəcəyini deyib.

“Mən indi həm burada, həm oradayam. Tezliklə, Suriyaya geri dönəcəm. Mən yas mərasiminə gəlmişəm”.

Alparslan Çəlik noybarın 24-də vurulan Rusiyanın Su-24 təyyarəsinin pilotunu havada güllələməkdə ittiham olunurdu. “Hürriyət” qəzetinə müsahibəsi zamanı Çəlik rus təyyarələrinin Suriya türkmənlərini bombaladığı üçün qisas aldığını və vicdanının rahat olduğunu demişdi.

Rusiya isə Türkiyədən Alparslan Çəliyi məsuliyyətə cəlb etməyi tələb etmişdi.      

Vüqar İsmayılov       

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir