Dekabrın 2-də Quzey Kıprıs Türk Cümhuriyyətində (KKTC) “XXI yüzildə Türk Dünyası” adlı uluslararası simpozium öz işinə start verib. Simpoziumda türk dövlət və topluluqlarından gəlmiş, fərqli ixtisas sahibi olan 60-dan çox alim, araşdırmaçı, QHT rəhbəri, KİV nümayəndələri iştirak edir.
Smpozium Avrasya Ekonomik İlişkilər Dərnəyi (Türkiyə) və Levkə Avropa Universiteti (KKTC) tərəfindən düzənlənib. Keçiörən Bələdiyyəsi (Ankara), Yunus Emrə İnstitutu, Türksoy, Dünya Gənc Türk Yazarlar Birliyi TÜRKSAM, TÜRKSAV kimi təşkilatlar tərəfindən də dəstəklənb.
Azərbaycan simpoziumda geniş tərkibli nümayəndə heyəti təmsil olunur. Simoziumun açılış mərasimində təşkilatçılar - Avrasya Ekonomik İlişkilər Dərnəyi başqanı Hikmət Ərən, Levkə Avropa Universiteti mütəvəlli heyət başqanı Mehmet Zəfər, adıkeçən universitetin rektoru professor-doktor Əhməd Bülənd Göksəllə yanaşı, KKTC Cümhurbaşqanı Dərviş Əroğlu, KKTC Məclis başqanı dr. Həsən Bozər, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Türk Dünyası Bələdiyyələr Birliyi başqan vəkili İsmayıl Kavunçu, TÜRKSOY başqanı professor Düsen Kaseinov, Keçiörən bələdiyyə başqanı Mustafa Ak, Azərbaycanın millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva çıxış edib.
Qənirə Paşayeva öz çıxışında Türk Dünyasının ağrılı problemlərinə, özəlliklə Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlının bu gün də qaçqın və məcburi köçkün həyatı yaşaması və Ermənistanın onların öz evlərinə geri dönməsinə imkan verməməsi barədə danışıb: “Qarabağ problemi təkcə Azərbaycanlıların deyil, bütün Türk Dünyasının problemi olmalı və dünyanın hər yerində yaşayan türklər, onların təşkilatları bu probleminin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır. Eyni zamanda biz ermənilərin qondarma erməni soyqırımı yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq. Dünyanın müxtəlif bölgələrində yaşayan Türklər problemlərimizə sənin, mənim, onun deyil, bizim problemimiz kimi baxmağı bacarmalı, ona qarşı birgə mübarizə aparmalı, onun həlli istiqamətində birgə çalışmalıyıq”.
Simpoziumun açılış törəni “2010-cu il professor-doktor Zəki Vəlidi Toğan Ödülü”nün təqdimatı ilə də əlamətdar olub.
Qeyd edək ki, Azərbaycanlı millət vəkili Qənirə Paşayevanın da layiq görüldüyü ödülə təltif olunanlar arsında KKTC Cümhurbaşqanı Dərviş Əroğlu, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Türk Dünyası Bələdiyyələr Birliyi başqan vəkili İsmayıl Kavunçu, TÜRKSOY başqanı prof. Düsen Kaseinov, Keçiörən bələdiyyə başqanı Mustafa Ak, habelə Türk “Qızıl Ay”ı da var.
Modern.az