Modern.az

Dünya ölkələrindən internet göstəricisi açıqlandı - STATİSTİKA

Dünya ölkələrindən internet göstəricisi açıqlandı - STATİSTİKA

28 Yanvar 2016, 17:56

Amerikanın “We Are Social” marketinq agentliyi dünya ölkələrində internetin yayılma dərəcəsini müəyyən edib.

Modern.az marketinq agentliyinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, İslandiya sakinlərinin internetə çıxış faizinə görə dünya lideridir. Bu ölkədə əhalinin 98%-nin internetə çıxış var. İkinci pillədə Bermud Adaları (97%), üçüncü isə Norveç (96%) olub.  

214 ölkənin internet göstəricisinin yer aldığı reytinqdə son pillələri Çad (2,5%), Niger (2%) və Şimali Koreya (0,03%) tutub. Maraqlıdır ki, Şimali Koreyada internet istifadəçilərinin sayı cəmi 7 min 200 nəfərdir.   Statistikaya görə Yer kürəsinin 7,395 milyon sakinindən 3,419 milyonu aktiv internet istİfadəçisidir.  

Vüqar İsmayılov  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir