Modern.az

İtaliya qvardiyası batmaqda olan 300 miqrantı xilas edib

 İtaliya qvardiyası batmaqda olan 300 miqrantı xilas edib

Dünya

28 Yanvar 2016, 21:55

 

İtaliya qvardiyası batmaqda olan qayıqdan təqribən 300 nəfər miqrantı xilas edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı altı nəfər dünyasını dəyişib. Onların cəsədi sudan çıxarılıb.

Məlumata görə, qaçqınlar Apennin yarımadasına Şimali Afrikadan gediblər.

İtaliyaya gedən dəniz yolu dünyanın ən təhlükəli yoludur. 2015-ci ildə bu marşrutda təqribən 2 min miqrant həyatını itirib.

Bu dövr ərzində Aralıq dənizində ümumilikdə 3 min 700-dən çox məcburi köçkün batıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür