Modern.az

Toy mərasiminə 18 min dul qadın qatılıb

 Toy mərasiminə 18 min dul qadın qatılıb

Dünya

28 Yanvar 2016, 22:57

 

Hindistanın Mehsan şəhərindən olan biznesmen Djitendr Patel kiçik oğlu Ravinin toyuna 18 min dul qadını dəvət edib. Modern.az saytı xəbər verir ki, bunu virtualaz.org The Times of India-ya istinadən məlumat yayıb.

Toy mərasimi Qucarat ştatının Ximmatnaqar şəhərinin Derol kəndində baş tutub. Bu kənd çoxsaylı qədim məbədlərlə məşhurdur.

Daha çox Citubxai (Citunun dostu) kimi tanınan Patel bu hərəkətini inanclara son qoymaq üçün etdiyini bildirib: “Mən, bütün qəlbimlə bu cütlüyə məhz cəmiyyət tərəfindən qəbul edilməyən dul qadınların xeyir-dua verməsini istəyirdim. Onların bayramda iştirakı pis əlamət sayılır - lakin bu yalnız inancdır”.

Biznesmen hər bir dul qadına yorğan və ağac tingi hədiyyə edib. 500 çox dul qadına isə Hindistanda müqəddəs sayılan inək hədiyyə olunub.

Qeyd edək ki, sati (özünü yandırma) mərasimi nə vaxtsa Hindistanda ən geniş yayılmış mərasimlərdən biri idi. Təsəlli tapmayan dul qadın (könüllü!) yanmaq üçün hazırlanmış dəfn yatağına öz ölmüş ərinin bədəninin yanında ona sarılaraq, onunla birlikdə diri-diri yanırdı.

Sati mərasimi Hindistanda bir neçə yüz il müddətində yaşayıb, ancaq 1829-cu ildə ölkəni işğal etmiş britaniyalılar onu qanundan kənar elan ediblər. Lakin bu o qədər də kömək etməyib – çünki özünü yandırmalar hələ də davam edir. Baxmayaraq ki, bu qanunu sonradan ən azı iki dəfə - 1956-da və 1981-ci ildə qadağan ediblər.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar