Modern.az

Hamı “Eurovision”a gənc ifaçı göndərir, Bosniya və Hersoqovina isə qoca...

Hamı “Eurovision”a gənc ifaçı göndərir, Bosniya və Hersoqovina isə qoca...

Dünya

3 Dekabr 2010, 20:06

Modern.az saytı xarici mətbuata istinadən bildirir ki, 2011-ci ilin mayında Almaniyada keçiriləcək “Eurovision” yarışmasında Bosniya və Hersoqovinanı Dino Merlin adlı ifaçı təmsil edəcək.

Bosniyanın dövlət televiziyası BHRT-də yayımlanan və yarım saat sürən proqramda, BHRT səlahiyyətləri Dino Merlinin “Eurovision”da müvəffəqiyyətli olacaqlarına inandıqlarını bildiriblər.

BHRT səlahiyyətləri Dino Merlini Bosniyanın ən böyük sənətçisi olduğu üçün müsabiqəyə göndərdiklərini vurğulayıblar.

Qeyd edək ki, Dino Merlin 1999-cu ildə İsraildə keçirilən “Eurovision” mahni müsabiqəsində “Putniçi” adlı mahnısıyla iştirak edib, yeddinci yerə sahib olub. Bundan sonra bir daha bu tipli müsabiqələrdə iştirak etməyəcəyini bildirən Dino Merlin, Almaniyada keçirələcək müsabiqəyə gedəcəyi günü səbirsizliklə gözlədiyini qeyd edib.
“İsraildəki yarışmadan sonra mənə “Eurovison”da iştirak etməm üçün təkliflər edilmişdi. Əvvəllər bu təkliflərə soyuq idim, ancaq indi müsabiqə gününü həyacanla gözləyirəm, bu dəfə hər şey çox yaxşı olacaq” deyə Dino Merlin əlavə edib.

 

Dino Merlin “Eurovision”da ifa edəcək mahnını 20 fevral 2011-ci ildə BHRT-də yayımlanacaq xüsusi proqramla tanıdacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub