Modern.az

AMİP hökumətdən bahalaşmanın qarşısını almağı tələb edir

AMİP hökumətdən bahalaşmanın qarşısını almağı tələb edir

3 Dekabr 2010, 20:12

Bu gün AMİP Siyasi Şurasının iclası keçirilib. İclasda parlament seçkilərindən sonra ölkədə yaranmış vəziyyət, partiyanın atacağı addımlar, müxalifətin inteqrasiyası, Dağlıq Qarabağ problemi, eləcə də son dövrlərdəki qiymət artımı ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 7 noyabr parlament seçkilərinin cəmiyyətdəki qarşıdurmaların və zidiyyətlərin daha da dərinləşməsinə, seçkilərə inamın bir qədər də azalmasına təkan verdiyi qənaətinə gəlib. “Bu seçkilər Azərbaycanın beynəlxalq imicinə də ciddi təsir göstərdi” deyə Şurada bildirilib.
Siyasi Şura AMİP-in müxalifətin inteqrasiya istiqamətində göstərdiyi təşəbbüslərin daha da artırılmasını, siyasi qüvvələrlə əməkdaşlığın genişləndirilməsini məqbul hesab edib.

Dağlıq Qarabağ problenin həlli istiqamətində aparılan danışıqların səmərə vermədiyi üçün münaqişənin həllinin BMT səviyyəsinə qaldırılmasını məqbul sayan partiyanın Siyasi Şurası seçkidən əvvəl milli həmrəyliyə nail olunması üçün ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla təmasları davam etdirilməsi qərarına gəlib.

Ölkədə bahalaşmanın tüğyan etməsindən narahat olan AMİP Siyasi Şurası bunun təhlükəli həddə çatmasının qarşısının alınması üçün hökumətdən zəruri tədbirlərin həyata keçirilməsi tələbini irəli sürüb.    

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə