Modern.az xəbər verir ki, ”Wikileaks” saytının yaradıcısı Culian Assanj “Qardian” qəzetinə müsahibəsində bildirib ki, əgər onu öldürsələr, indiyə qədər dünya dövlətlərinə aid hələlik açıqlanmayan daha ağır və sensasiyaslı məlumatlar dərhal açıqlanacaq.
“Bizim əlimizdə olan arxiv müxtəlif ölkələrdə yaşayan 1 milyondan çox adama yayılıb. Əgər ”Wikileaks” qrupunun üzvlərindən birinin başına nəsə gəlsə, arxivin bütün əsas sənədləri avtomatik olaraq açıqlanacaq. Bundan sonrası artıq KİV-dən asılıdır. Tarix qalib gələcək və dünya özünün ən yaxşı inkişafına çıxacaq. Sağ qalacağıqmı? Bu sizdən asılıdır”-deyə Assanj deyib.