Modern.az

Bağlanan banklardan bəziləri birləşəcəklər

Bağlanan banklardan bəziləri birləşəcəklər

31 Yanvar 2016, 13:12

Azərbaycanda bu həftə bağlanan banklardan və hazırda işlək olan banklardan bəziləri birləşmək qərarına gəliblər. Modern.az-ın Banker.az-a istinadən xəbər verir ki, "NBC Bank", "Kredobank" və "Parabank"ın birləşməsi haqqında razılıq əldə olunub. Eləcə də, "AtraBank", "Günaybank" və "Qafqaz İnkişaf bankı"nın birləşərək bir bank olması razılığı da mövcuddur.

Hər iki birləşmə prosesinə Mərkəzi Bank müsbət rəy verib. Qeyd olunan məlumatın gələn həftə, Mərkəzi Bank tərəfindən açıqlanacağı bildirilir.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat