Modern.az

4 şeyin qədrini bilin...

4 şeyin qədrini bilin...

5 Dekabr 2010, 21:40

Dünya möcüzələrlə, qeyri-adiliklərlə, insana gərək olan informasiyalarla doludur. Onları bilmək isə daha əfzəldir. Modern.az saytı aqillərin bəzi müdrik kəlamlarını oxucuların diqqətinə çatdırır. Aqillər deyib ki...

Bədəni 4 şey qüvvətləndirər: ət yemək, ətriyyat iyləmək, çox çimmək, kətan paltar geymək.

 

                          ***

4 şey səni 4 şeyə çatdırar: səbir istəyə, çalışmaq mətləbə, pəhrizkarlıq sağlamlığa, qənaət dövlətə.

 

                         ***

Baş tükünün 4 əlaməti var: alın nahiyyəsindən ağarması şücaətlilik əlaməti, qabaq tərəfdən ağarması xoşbəxtlik əlaməti, iki tərəfdən

ağarma səxavətlilik əlaməti, arxadan ağarma pislik əlamətidir. 

 

                        ***

Kişilər 4 sifətə malikdir: kəramətli, səxavətli, paxıl və ləim. Kəramətli özü yeməz xalqa verər, səxavətli özü də yeyər, xalqa da verər, paxıl özü yeyər, xalqa  verməz, ləim nə özü yeyər, nə xalqa verər.

 

                         ***

4 nəfərlə dostluqdan çəkin: axmaqla, yalançı ilə, paxılla, fitnəkarla.

 

                          ***

4 şey ömür artırar: bakirə qızla evlənmək, isti su ilə çimmək, sağ tərəfi üstə yatmaq, səhərlər alma yemək.

 

   ***

4 şeyin qədrini bilin: cavanlığın, sağlamlığın, əmin-amanlığın, ölülərin. 

 

                        ***

4 şeyi yadda saxla: ən böyük dövlət əqldir, ən  böyük yoxsulluq  axmaqlıqdı, dəhşət özünü bəyənməməkdir, ən böyük ünsiyyət  gözəl rəftardır, yaxşı xasiyyətdir.

***

4 şey 4 şeydən doymaz: yer yağışdan,  göz baxmaqdan, yar yardan, alim elmdən.

 

                         ***

4 şey 4 şeyi gətirər. Sakit olmaq rahatlığı, uzun danışmaq rüsvayçılığı, səxavət ucalığı, şükür etmək bolluq gətirər. Hazırladı: Adəm Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi