"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilib.
İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı"na buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə olunub.
Qrup 10-dan |
|
1001 | Buğda və meslin |
Qrup 11-dən |
|
1101 00 | Buğda unu və ya buğda-çovdar unu |
Qərar 3 dekabr 2010-cu ildən qüvvəyə minib və 2011-ci il avqustun 1-dək qüvvədə olacaq.
Modern.az