Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Səbail rayonunda teleqüllənin yaxınlığında partlamamış döyüş sursatının aşkarlanması barədə yeni məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, qurumun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 125mm çap altı mərmisi olduğu müəyyən edilib. Xilasedicilər tərəfindən həmin mərmi aidiyyəti üzrə təhvil verilib, həmçinin, hadisə yerinə təkrar baxış keçirilib. Nəticədə, ərazidə digər döyüş sursatı aşkar edilməyib.
Modern.az