Modern.az

Mingəçevirdə ata-bala, Sabirabadda baba-nəvə diri-diri yanıblar

Mingəçevirdə ata-bala, Sabirabadda baba-nəvə diri-diri yanıblar

6 Dekabr 2010, 12:18

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gecə Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 20kv.m olan 1 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları 12kv.m sahədə yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər binanın 4-cü mərtəbəsindən 10 nəfər sakinin təxliyyəsini həyata keçiriblər. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1966-cı il təvəllüdlü Elşad Nurəddin oğlu Həsənovun və onun qızı 2010-cu il təvəllüdlü Xədicə Elşad qızı Həsənovanın cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sabirabad şəhərində isə ümumi sahəsi 200kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 100kv.m sahədə yanıb. Yanğın saat ötən gecə 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1926-cı il təvəllüdlü Aslan Adışirin oğlu Babaşovun və onun nəvəsi 2007-ci il təvəllüdlü Raqif Ramil oğlu Babaşovun cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə