Modern.az

Dövlət Dəstəyi Şurasında müzakirə aparılacaq

Dövlət Dəstəyi Şurasında müzakirə aparılacaq

6 Dekabr 2010, 17:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilib. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlət başçısının bu təklifi ölkəmizdə geniş əks-səda doğurmuş, şəhərlərin yaşıllaşdırılması, tullantıların emalı, su hövzələrinin qorunması və bir sıra digər ekoloji problemlərlə bağlı genişmiqyaslı aksiyalar keçirilib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Ekologiya ili” elan edilmiş 2010-cu ildə keçirdiyi maliyyə müsabiqələrində ekologiya və ətraf mühitin mühafizəsilə bağlı layihələrə xüsusi önəm verib. Şura tərəfindən maliyyələşdirilmiş layihələr ölkəmizdə xüsusi aktuallıq kəsb edən ekoloji problemlərin ictimaiyyət üçün aktuallaşdırılmasına, ekoloji maarifçilik işinin gücləndirilməsinə, ayrı-ayrı regionlarda ekoloji vəziyyətin monitorinqinə və problemlərin həlli istiqamətində addımların atılmasına yardım edib.

Bunları nəzərə alaraq, Şura 2010-cu ildə maliyyələşdirdiyi ekoloji layihələrin nəticələrinə həsr olunmuş müzakirə keçirəcək. Müzakirədə Şura rəhbərliyi, ekoloji təşkilat və layihələrin rəhbərləri, ekspert və mütəxəssislər iştirak edəcəklər.

Tədbir Şuranın ofisində (Fikrət Əmirov küçəsi -1 (2-ci mərtəbə) ünvanında) 9 dekabr 2010-cu il saat 11.00-da keçiriləcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə