4 dekabr 2010-cu il tarixdə Buta Palace-da keçirilən Azeri Business Award – Biznes sahəsində Milli Mükafatın təqdimetmə mərasimində, Milli Məclisin deputatı, AGBank Müşahidə Şurasının sədri Çingiz Əsədullayevə “İşgüzar nüfuz” nominasiyası üzrə mükafat təqdim olunub.
Xatırladaq ki, Azeri Business Award Milli mükafatının təsisçisi Azərbaycanın aparıcı işgüzar nəşri olan “Business Time” jurnalıdır. Mükafat - Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir. Mükafat 40 nominasiya üzrə laureatlara təqdim olunur.
Modern.az