Modern.az

Əli Həsənov: “Dövlət hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir”

Əli Həsənov: “Dövlət hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir”

7 Dekabr 2010, 14:37

Məcburi köçkunlərin problemlərinin həlli sahəsinə bu günə qədər 3.4 milyard dollar vəsait xərclənib. Onun 800 milyon dolları beynəlxalq təşkilatların payına, 2.6 milyard dolları isə Azərbaycan dövlətinin üzərinə düşüb”.
Bu məlumatı Yeni Azərbaycan partiyasının rəsmi saytına müsahibəsində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

Onun sözlərinə görə, son 10 il ərzində 67 qəsəbə salınıb. 1 milyon 150 min kvadrat metr sahədə 20 min mənzilə 100 min qaçqın və məcburi köçkün köçürülüb. Qəsəbələrdə 126 məktəb, 40 bağça, 40 tibb məntəqəsi, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib.
“Bu sadalanan işlərin 70 faizi Prezident İlham Əliyevin dövründə görülüb və bu gün də bu işlər davam etdirilməkdədir. Təkcə bu il 310 milyon manat vəsait xərclənib. Bu gün dünyanın heç bir konflikt yerində olmadığı bir hal Azərbaycanda baş verir. Yəni, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir. Əgər bu gün ölkə üzrə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə salınıbsa, qaçqın və məcburi köçkünlər arasında bu rəqəm 75 faizdən 25 faizə salınıb”-deyə Ə.Həsənov bildirib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə