Modern.az

“Hörümçək adam” filminin 4-cü hissəsi satışa çıxarılacaq

“Hörümçək adam” filminin 4-cü hissəsi satışa çıxarılacaq

İqtisadiyyat

8 Dekabr 2010, 09:42

“Hörümçək adam” filminin 4-cü hissəsindəki hörümçək adamın kələzdən başqa yeni düşməni - Van Atter adında biri peyda olacaq.
Kələz – nəhəng, insanabənzər sürünən heyvanı xatırladır. Bu rolu filmdə həkim Kertis Konnor oynayacaq. Bu qabiliyyət Konnorda preparatı sınaqdan keçirən zaman yaranıb. Müalicə üçün yaranmış preparat, insanlara itirilmiş orqanların, əl-ayağın yenidən bərpa olunmasına kömək edəcək. Bu regenerasiyaya bəzi kərtənkələlər malikdir.
Superqəhrəman haqqında çəkilən yeni filmin süjeti Piter Parkerin məktəbdə dərs zamanı qeyri-adi qabiliyyətə nail olmasının üzərində qurulub. Yeni filmdə Piter Parkerin valideynləri də çıxış edəcəklər. Filmdə valideynləri aktyor Kempbell Skott və Culiana Nikolson canlandıracaqlar. Filmin süjetində Parkerin valideynləri onun xəyalında görünəcəklər.
Yeni ekran əsərinin rejissoru məşhur “Yayın 500 günü” filmini çəkən Mark Vebb, ssenari müəllifi isə Ceyms Vanderbilt olacaqlar.
Hörümçək adamı isə aktyor Endrü Qarfild oynayacaq.
Filmin 2011-ci ilin iyununda satışa buraxılması planlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir