Modern.az

Bakıda tələbələr simpoziuma yığışıblar

Bakıda tələbələr simpoziuma yığışıblar

8 Dekabr 2010, 12:16

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK)  Neft Mühəndisləri Beynəlxalq Cəmiyyətinin (SPE) Azərbaycan bölməsinin təşəbbüsü ilə tələbələrin simpoziumu işə başlayıb.  
Modern.az xəbər verir ki, simpoziumda çıxış edən Neft Mühəndisləri Beynəlxalq Cəmiyyətinin (SPE) Azərbaycan bölməsinin rəhbəri Vüsalə Kərimova tədbirin əhəmiyyətindən danışıb. O, neft-qaz  ixrtisasları üzrə təhsil alan tələbələrin gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi baxımından simpoziumların keçirilməsinin vacibliyini önə çəkib.
 ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva isə çıxışında bu kimi tədbirlərin universitetdə keçirilməsindən məmnun olduğunu ifadə edib.

 İki gün davam edəcək simpoziumda əsasən neft-qaz sahələrində ehtiyat anbarlarının idarə edilməsi və ona nəzarət mexanizmləri, eəcə də  vahid modellərin fəaliyyəti müzakirə mövzusudur. Neft-qaz mühəndisliyi və digər istiqamətlər üzrə təhsil alan 40-a yaxın tələbənin iştirak etdiyi simpoziumda iştirakçıların müvafiq sahədə bilik və bacarıqlarının qiymətləndirilməsi də aparılacaq. 
Simpoziumda  tələbələrin  bacarıqlarının yoxlanılması və şəxsi inkişafı müəyyən etmək komandalar halında oyunlar da keçiriləcək. Tədbir dekabrın 9-da başa çatacaq.

Xatırladaq ki, Neft Mühəndisləri Beynəlxalq Cəmiyyəti (SPE) ətrafında enerji resurslarının öyrənilməsi sahəsində çalışan mühəndisləri birləşdirən  bit təşkilatdır. 110 ölkədən 88000 üzvü olan təşkilatın Dallas, London, Dubay, Kuala Lumpur və Moskva şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir.  SPE   kəşfiyyat,  neft və qaz istehsalı sahəsində texniki informasiya mənbəyidir və nəşrlər, konfranslar, texniki seminarlar, forum və internet vasitəsilə xidmətləri təklif edir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə