2010-cu il ərzində Vergilər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi və ya əczaçılıq fəaliyyətilə məşğul olma ilə əlaqədar inzibati məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq 88 şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumat verilib.
Həmin faktlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rəsmiləşdirilərək, İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsinə əsasən xüsusi razılıq (lisenziya) olmadan özəl tibb fəaliyyətlə məşğul olmağa görə cərimə sanksiyaları tətbiq edilib.
Modern.az