Prezident Dimitri Medvedev Brüsseldə keçirilmiş Rusiya-Avropa Birliyi sammitində Dağlıq Qarabağla məsələsini müzakirə edib. Modern.az “Rossiya-24” kanalına istinadən bildirir ki, Rusiya prezidenti bu barədə keçirdiyi mətbuat konfransında deyib.
“Biz bu gün Dağlıq Qarabağ probleminin həlli yolları və regionun təhlükəsizliyi məsələlərini müzakirə etdik”-deyə Medvedev Brüsseldə bildirib.
ATƏT-in Astana sammitinə toxunan Rusiya prezidenti qeyd edib ki, sammit “təşkilatın köməksiz vəziyyətə düşdüyünü” göstərib. “ATƏT-i yeni imkanlar və səylərlə doldurmaq lazımdır”-deyə o, vurğulayıb.