Modern.az

Qənirə Paşayeva Hillari Klintonla bir tədbirə qatılacaq

Qənirə Paşayeva Hillari Klintonla bir tədbirə qatılacaq

8 Dekabr 2010, 15:28

Milli Məclisin deputatı Qənirə Paşayeva dekabrın 8-dən 17-dək  Misir Ərəb Respublikasında səfərdə olacaq, Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak edəcək.

Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin Baş katibi Pan Gi Munun rəhbərlik edəcəyi tədbir Palermo Konvensiyasının 10 illiyinə həsr olunub. Tədbirə dünyanın bir sıra nüfuzlu siyasi xadimləri, o cümlədən ABŞ-ın Dövlət katibi Hillari Klinton da qatılacaq. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsi olan Forumda deputat çıxış edərək mövqeyini bildirəcək.  

Forumdan sonra Milli Məclisin deputatı Qənirə Paşayeva Misir senatının üzvü İsmayıl Seragəldinin dəvətinə əsasən dünyanın ən qədim kitabxanalarından olan İsgəndəriyyə kitabxanasını ziyarət edəcək, İsgəndəriyyə Universitetində görüşlər keçirəcək.

Q.Paşayeva Misirin paytaxtı Qahirədə də bir sıra tədbirlərdə iştirak edəcək. Görüşlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən qaynaqlanan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında söhbət açacaq. Hər üç şəhərdə deputatımızın iştirak etdiyi tədbirlərdə Dağlıq Qarabağ həqiqətlərini əks etdirən materiallar, kitablar və videofilmlər yayılacaq.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə