Qalmaqallı “WikiLeaks” saytı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın mövqeyini əks etdirən sənəd açıqlayıb. Bu ilin fevralında hazırlanan sənəd ABŞ-ın Fransada olan məsləhətçisi Endryü Yaanqın Fransa xarici işlər nazirinin Avropa işləri üzrə köməkçisi Rolan Qalyarajla və digər rəsmilərələ aparıdığı müzakirələrin tezisləri əsasında hazırlanıb.
Sənəddə Fransanın rəsmi şəxsləri və o cümlədən Qalyarjla aparılan müzakirələrin detalları qeyd edilib. Qalyarj bildirib ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqlar dalana dirənib və Minsk Qrupunun işi boş bir məşğuliyyətə çevrilib.
Fransa rəsmisi ABŞ nümayəndəsinə həmçinin deyib ki, Fransa erməniləri nəyə isə itələməyə cəhd etmək iqtidarında deyil. “Çünki Fransada erməni mənşəli 500 min vətəndaş yaşayır. Mart ayında isə Fransa da regional seçkilər başlanır”-deyə Qalyanj bildirib.
O, həmçinin vurğulayıb ki, bir sıra digər faktorlar, o cümlədən İrandakı qeyri-sabitlik Qafqaz regionuna təsir edə bilər.