Astanada Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasınn iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın ictimai-siyasi xadimlərinin, yazıçılar və alimlərin iştirak etdikləri iclasda türkdilli dövlətlərin ümumi tarixinin öyrənilməsi məsələləri geniş müzakirə edilib. (AzərTAc).
Qeyd olunub ki, türkdilli dövlətlərin tarixi üzrə məktəb proqramları vahid şəklə salınmalı, bu, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət etməlidir.
Ağsaqqallar Şurası məsləhət-məşvərət orqanı kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibində fəaliyyət göstərir və bu Şura türkdilli dövlətlərin başçılarının Naxçıvanda keçirilən Zirvə görüşündə Qazaxıstan Prezidentinin təşəbbüsü ilə yaradılıb.