Modern.az

Azay Quliyev BMT nümayəndəsilə görüşüb

Azay Quliyev BMT nümayəndəsilə görüşüb

8 Dekabr 2010, 18:20

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevlə BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının Nümayəndəsi Fikrət Akçura arasında görüş olub. 

A.Quliyev ölkə QHT-lərinə dövlət dəstəyini həyata keçirən Şuranın yaradılması, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qurumun qarşısında duran vəzifələr və görülən işlər barədə BMT nümayəndəsinə məlumat verib. Deputat həmçinin BMT İnkişaf Proqramı ilə Şura arasında əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayaraq, növbəti ildə də belə əməkdaşlığın davam etdirilməsinin faydalı olacağını qeyd edib. 

Modern.az    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə