Modern.az

Maliyyə Nazirliyinin keçirdiyi imtahanın qalibləri məlumdur

Maliyyə Nazirliyinin keçirdiyi imtahanın qalibləri məlumdur

9 Dekabr 2010, 10:10

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin keçirdiyi test imtahanının nəticələri məlum olub. Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 37.2.7-ci maddəsinə və Maliyyə Nazirliyinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarına uyğun olaraq, 3 dekabr 2010-cu il tarixdə sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanı keçirilib.

Test imtahanında iştirak etmiş 13 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən yuxarıda qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 6 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 20 nəfər fiziki şəxslərdən isə 4 nəfəri imtahandan müvəffəqiyyətlə keçib.

Test imtahanlarından müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı:

Sıra №si

Adı, atasının adı soyadı

Sığortaçının, təkrarsığortaçının adı

Təyin olunması nəzərdə tutulan rəhbər vəzifə

1.

Azər Aydın oğlu Məmmədov

“ATA SığortaASC

Daxili Audit Xidmətinin rəhbəri

2.

Nərgiz Hikmət qızı Seyidova

“Paşa Sığorta” ASC

Daxili Audit Xidmətinin rəhbəri

3.

Dilarə Əli qızı Babayevə

“Paşa Sığorta” ASC

Baş mühasib

4.

Günay Mahir qızı Aslanova

“Standard İnsurance” ASC

Aktuari

5.

Könül Fəxrəddin qızı Mahmudova

“Paşa Sığorta” ASC

Baş mühasib

6.

Orxan Oqtay oğlu Əfəndiyev

“A-Qroup Sığorta Şirkəti” ASC

Mətbuat xidməti


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə