Modern.az

Nizami Kino Mərkəzinə direktor təyin olunub

Nizami Kino Mərkəzinə direktor təyin olunub

Mədəniyyət

15 Fevral 2016, 17:54


Nizami Kino Mərkəzinə direktor təyin olunub

Modern.az xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva Nizami Kino Mərkəzinin direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, L.Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. O, müxtəlif dövrlər ərzində "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə