Modern.az

Ermənilər Moskvada Qarabağ xalçaları satmağa başladılar - TƏXRİBAT

Ermənilər Moskvada Qarabağ xalçaları satmağa başladılar - TƏXRİBAT

İqtisadiyyat

16 Fevral 2016, 12:46

Rusiya paytaxtında Dağlıq Qarabağda istehsal olunan məhsulların satıldığı pavilyon-mağaza işə başlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, mağaza dünyanın 50 ən böyük sərgi mərkəzlərindən biri sayılan Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin Ermənistan pavilyonunda açılıb.

“Qarabağ karpet” şirkətinin direktoru Sevak Xaçatryan işğal olunmuş ərazilərdə toxunmuş xalçalarla yanaşı, mağazada “Arçaxberi”, “Arçaxfrut”, “Elit”, “Kataro” və s. Qarabağ şirkətlərtinin ərzaq məhsullarının da satılacağını deyib.

Qarabağda istehsal olunmuş məhsulları satacaq pavilyon-mağazanın açılışına separatçı rejimin nümayəndələri, Ermənistanın Rusiyadakı səfiri və bəzi ermənipərəts rus siyasətçiləri qatılıb.









Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat