Modern.az

Ermənistan parlamenti qondarma "DQR"i tanımaq istədi və tanıya bimədi

Ermənistan parlamenti qondarma "DQR"i tanımaq istədi və tanıya bimədi

9 Dekabr 2010, 15:13

Ermənistan parlamentində Dağlıq Qarabağdakı separatçı rejiminin tanınması səsverməyə qoyulub. Bu qanunsuz qurumun müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin səsverməsi iflasla nəticələnib. Belə ki, Ermənistan KİV-i parlament çoxluğunun bu səsvermədə iştirakdan imtina etdiyini yazıb.

Məsələnin müzakirəsindən əvvəl iqtidar partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan hazırkı mərhələdə Dağlıq Qarabağın tanınmasını məqsədəuyğun hesab etmədiklərini deyib.

Onun bu açıqlamasından sonra parlament çoxluğu səsverməyə qatılmayıb. Qanun layihəsinin lehinə cəmi 13 deputat - “İrs” partiyası və “Daşnaksütyun”un üzvləri səs verib. Buna görə də layihə elə layihə olaraq da qalıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə