Modern.az

Amerikalı tətqiqatçı: "“Əli və Nino” əsərinin müəllifi Yusif Vəzir Çəmənzəminlidir”

Amerikalı tətqiqatçı: "“Əli və Nino” əsərinin müəllifi Yusif Vəzir Çəmənzəminlidir”

9 Dekabr 2010, 16:50

“Azerbaijan İnternational” jurnalının redaktoru, tədqiqatçı Betti Bleyer 5 il davam edən tədqiqatını nəticələrini açıqlayıb.


Dekabrın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-da nəşr olunan “Azerbaijan İnternational” jurnalınını redaktoru, tədqiqatçı Betti Bleyer “Ali və Nino” əsəri ilə bağlı araşdırmasının nəticələri ilə bağlı təqdimat keçirib.  
Modern.az xəbər verir ki, tədbirdə ADU-nun Tədris iləri üzrə prorektoru, professor Natiq Yusifov, Filologiya fakültəsini dekanı, professor Fikrət Cahangirov, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva və universitetin tələbələri iştirak edib.  

Təqdimatı giriş sözü ilə açan  universitetin İRK-nin direktoru Şəhla Xudiyeva amerikalı qonağı tədbir iştirakçılarına təqdim edib. O, “Azerbaijan İnternational” jurnalının redaktoru olan Betti Bleyerin fəaliyyəti barəsində geniş məlumat verib. ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov isə çıxışında amerikalı tədqiqatçının apardığı araşdırmaları yüksək qiymətləndirib.

Daha sonra söz “Azerbaijan İnternational” jurnalınını redaktoru, tədqiqatçı Betti Bleyerə verilib. Redaktoru olduğu jurnalın fəaliyyətindən danışan Betti Bleyer bildirib ki, məcmuə  1993-cü ilədn nəşr olunur. O, ötən müddət ərzində jurnalın 55 sayının dərc olunduğunu deyib. Onun sözlərinə görə, jurnalla yanaşı, azer.com ünvanlı internet sayt da fəaliyyət göstərir. İnternet səhifəsində 2000 məqalə və 6000 fotoşəklin yer aldığını bildirən  jurnal redaktoru  əsasən incəsənət və ədəbiyyat sahələrinə maraq göstərdiklərini qeyd edib.
 “Əli və Nino” əsəri ilə bağlı araşdırmalarına toxunan B.Bleyer  tədqiqatı zamanı maraqlı məqamlar ortaya çıxardığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.  O, 1920-ci illərin sonlarında qələmə alınmış “Əli və Nino” romanın ilk dəfə Qurban Səid imzası ilə 1937-ci ildə Vyanada alman dilində nəşr edildiyini deyib.  1944-cü ildə italyanca nəşr olunan ikinci nəşrdə isə əsərin  müəllifi Lev Nissembaumu (Əsəd bəy) göstərilir. Betti Bleyer əsərin tədqiqi zamanı Azərbaycan Milli Dövlət Arxivindən,  Əlyazmalar İnstitutunun arxivindən, eləcə də  Avstriya, Almaniya və Gürcüstandakı mənbələrdən bəhrələndiyini bildirib. 

Tədqiqatı zamanı maraqlı faktlar ortaya çıxardığını deyən jurnal redaktoru  vurğulayıb ki, əsərdə qeyd olunan məqamlarla əsərin müəllifləri olduğu iddia olunan şəxslərin fikirləri üst-üstə düşmür. Belə ki, sənədlərdə əsərin müəllifi olduğu iddia olunan Əsəd bəyin tərcümeyi-halında göstərilən məqamlarla, əsərdəki hadisələr uyğunlaşmır. Azərbaycanda XX əsrin əvvəllərində siyasi proseslərə toxunan Betti Bleyer  əsərin həqiqi  müəllifi olduğu deyilən  yazıçı Yusif Vəzir Çəmənzəminlinin də həyatını araşdırdığını vurğulayıb. O, bildirib ki, araşdırma zamanı Yusif Vəzir Çəmənzəminlinin həyatında qeyd olunan məsələlərlə “Əli və Nino” əsərində cərəyan edən hadisələrin uyğunluq təşkil etdiyini ortaya çıxarıb:
“Əsərin baş qəhrəmanı Əli xan kimi öz əksini tapıb.  Yusif Vəzr Çəmənzəminli ilə bağlı araşdırma apararkən, onun  Əli xan Çəmənzəminli adı ilə yazılan bir məktub əldə etdim.  Və bu sənəd  onu gösrərir ki, əsərin müəllifi  Yusif Vəzr Çəmənzəminlidir”.
Betti Bleyer redaktoru olduğu jurnalın sonunci sayının məhz apardığı araşdırmaya həsr olunduğunu  qeyd edib.  Deyib ki, “Əli və Nino” romanı  indiyədək 33 dildə çap edilib.  

Təqdimatın sonunda “Azerbaijan İnternational” jurnalınını redaktoru iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, romanda hadisələr 1918-20-ci illərdə Bakıda cərəyan edir. Azərbaycanlı Əli ilə gürcü qızı Ninonun məhəbbəti həmin dövrün gərgin tarixi hadisələri ilə birgə təsvir olunur. 23 yaşlı Əli 1920-ci ildə müstəqil Azərbaycanı – Azərbaycan Xalq Cümhuriyyətini rus-sovet qoşunlarından – Qırmızı Ordunun işğalından müdafiə edərkən şəhid olur.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə