Modern.az

Quantanamo həbsxanası bağlanmayacaq

Quantanamo həbsxanası bağlanmayacaq

10 Dekabr 2010, 10:25

ABŞ Konqresinin Nümayəndələr Palatasında səs çoxluğu ilə qəbul olunan qanun layihəsi Quantanamo həbsxanasının bağlanmasına  mane olub.  Modern.az  saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının üzvləri qanun layihəsini 212 səs çoxluğu ilə qəbul edib.  ABŞ  rəhbərliyinə geniş imkanlar verən  qanun layihəsinin bir bəndinə əsasən, Quantanamonun bağlanması və 11 sentyabr hadisələrini törətməkdə təqsirli bilinən Xalid Şeyx Məhəmmədin ABŞ-da  mühakimə edilməsi rədd edilib.

ABŞ prezidenti Barak Obama hakimiyətə gəldikdən sonra sözügedən cəzacəkmə müəssisəsinin bağlanacağına dair fərman imzalasa da,  Konqresdəki respublikaçıların və bəzi demokratların buna qarşı çıxması nəticəsində geri addım atmaq məcburiyyətində qalmışdı.
Obama administrasiyası eyni zamanda , ABŞ–ın İllinoys ştatında 58 Quantanamo məhbusunun köçürülməsi üçün bir cəzaçəkmə müəsisəsi almağı da planlaşdırrdı. Bundan əlavə, 11 sentyabr hadisələrində təqsirləndirilən 5 məhbusun ABŞ-da mühakimə olunması da nəzərdə tutulurdu.

İndi sözügedən qanunun qüvvəyə minməsi üçün ABŞ Senatı tərəfindən qəbul olumalı və prezident Obama tərəfindən  imzalanmalıdır.
Hazırda Kuba ərazidində yerləşən ABŞ-a məxsusu Quantanamo həbsxanasında 174 məhbus saxlanılır. Obama hakimiyyətə gəldikdən sonra təxminən 70 məhbus ABŞ və ya başqa ölkələrə köçürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?