Modern.az

Bu gün Azərbaycanda 9 rayonun qaz təchizatı dayandırılıb

Bu gün Azərbaycanda 9 rayonun qaz təchizatı dayandırılıb

10 Dekabr 2010, 11:59

Yevlax-Balakən magistral qaz kəmərində baş vermiş qaz sızmasının aradan qaldırılması, “Əmircan-Bülbülə” orta təzyiqli qaz kəmərində aparılan birləşdirmə və “Gövhər” Qazpaylayıcı Stansiyasında təmir işləri ilə əlaqədar 10 dekabr 2010-cu il tarixdə saat 10:00-dan 18:00-dək qaz təchizatında məhdudiyyətlər olacaq.
ARDNŞ-dən verilən məlumata görə, eyni vaxt ərzində həmçinin, qaz kəmərinin üzərində siyirtmənin dəyişdirilməsi və yeni siyirtmənin quraşdırılması ilə əlaqədar Ucar Qazpaylayıcı Stansiyasından Ucar rayonuna gedən qaz kəmərində və “Tikinti və norma qaydaları”nın tələblərinə uyğun olaraq payız-qış mövsümü ilə bağlı rekonstruksiya olunmuş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədi ilə Gəncə Qazpaylayıcı Stansiyasından qidalanan “Gəncə şəhər-2” orta təzyiqli qaz kəmərində qazın verilişi dayandırılıb. Həmin müddətdə Oğuz, Şəki, Qax, Zaqatala, Baləkən, Gəncə, Ucar, Yevlax rayonlarının, eləcə də Bakının Suraxanı rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə