Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib ki, nazir Oqtay Şirəliyevin sədrlik etdiki iclasda “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn görülmüş işlər müzakirə olunub.
O.Şirəliyev respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan qanın həcminin artmasından, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarətin gücləndirilməsindən danışıb.
Lakin bunlarla yanaşı nazir qan xidməti müəssisələrinin idarə edilməsində pərakəndəlik, qan tədarükü ilə məşğul olan tibb müəssisələrinin işindəki nöqsanlar bu fəaliyyətin səmərəliliyini aşağı saldığını vurğulayıb.
Bütün bunları nəzərə alaraq nazir ”Qan xidmətinin müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.