Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Cavid Qurbanov Azərbaycanda yolların yenidənqurulması vəziyyətinə toxunub. Onun sözlərinə görə, Azərbaycanda kənd və şəhərlə birlikdə 40 min kilometr yol var.
”40 min yolun yenidən qurulmasına 15 il vaxt, 35 milyard dollar vəsait lazımdır. İndiyə qədər çəkilən yollar 6-10 tonluq ağırlığa tab gətirə bilirdi, ondan yuxarıya yox, 50 tonluq ağırlığa uyğun yol çəkilməlidi”.