Modern.az

Nazirliyik əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü...

Nazirliyik əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü...

11 Dekabr 2010, 14:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı mərhum dövlət başçısı Heydər Əliyevin anım günü ilə əlaqədar 11 dekabr 2010-cu il tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüşə yollanıb. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məqsəd dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dekabrın 12-də “Heydər zirvəsi”nə çataraq onun barelyefi önünə gül dəstələri qoyaraq anmaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə