Modern.az

Payızda yaz havası: sabah 19 dərəcə isti olacaq

Payızda yaz havası: sabah 19 dərəcə isti olacaq

Təhsil

11 Dekabr 2010, 14:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12 dərəcə isti, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 14-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

12-13 dekabrda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin 13-də gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, 13-də günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə