Modern.az

YAP-dan Eldar Sabiroğlunun Ramiz Mehdiyevlə bağlı iddiasına CAVAB

YAP-dan Eldar Sabiroğlunun Ramiz Mehdiyevlə bağlı iddiasına CAVAB

Qarabağ

24 Fevral 2016, 11:29

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sabiq funksionerlərindən biri olmuş Eldar Sabiroğlu yeni açıqlama ilə çıxış edib.

O, qeyd edib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sahib olduğu bütün mülkləri açıqlayacaq.

Eldar Sabiroğlunun bu iddiasına YAP-dan cavab verilib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, Eldar Sabiroğlu gündəmdə qalmaq üçün hər üsula əl atır.

“Bu adam gündəmdə qalmaq üçün bilmir ki, nə etsin. Dedikləri də başdan-ayağa yalandır. Daha ona başqa heç nə demək istəmirəm”.

Namidə Bingöl

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat