Modern.az

“Mən Londonda nə tapmaq istərdim” adlı müsabiqə başlayıb

“Mən Londonda nə tapmaq istərdim” adlı müsabiqə başlayıb

Qarabağ

13 Dekabr 2010, 11:57

British Midland İnternational (bmi) və “İrəli” İctimai Birliyi “Mən Londonda nə tapmaq istərdim” videomüsabiqəsinə başlayıb.
Müsabiqənin alqoritmi çox sadədir. İştirakçı Londonda nə görmək istədiyi haqda yaradıcı bir konsepsiya fikirləşməli, video çəkməli və onu müsabiqəyə təqdim etməlidir. Müsabiqə iştirakçılara Londona ikiistiqamətli bilet və bmi şirkətindən mükafatlar udmaq şansı verir. bmi və “İrəli” iştirakçılardan yaradıcı yanaşma gözləyirlər. Bu, videokameraya çəkilmiş ingilis çay qonaqlığı, yaxud Londondakı “Landmark” otelini xatırladan Bakıdakı “Landmark” oteli də ola bilər.

Videomüsabiqə təşəbbüsünü şərh edən bmi şirkətinin Azərbaycandakı Satış üzrə Meneceri Səbinə İsmayılova qeyd edib: “Bu, video çəkilişləri, habelə, öz mobil telefonunun kamerasına video çəkməyi sevənlər üçün London haqda düşüncələrini bölüşmək və Britaniyanın paytaxtına ikitərəfli bilet udmaq üçün gözəl imkandır. Biz çoxlu yaradıcı işlər gözləyirik”.

“İrəli” İctimai Birliyinin baş katibi Rauf Mardiyev qeyd edib: “Londona getmək əksər adamların arzusudur. bmi və “İrəli” gənclərə özlərinə Yeni İl hədiyyəsi bəxş etmək imkanı verir. Sadəcə, bacarıq nümayiş etdirmək və yaradıcılıq göstərmək lazımdır. Biz inanırıq ki, müsabiqə gənc və yaradıcı insanlar üçün maraqlı olacaq».

Şərtlərə görə, “Mən Londonda nə tapmaq istərdim” videomüsabiqəsi yaşı 18-dən yuxarı olan bütün şəxslər üçün açıqdır. Hər bir iştirakçı yalnız bir video təqdim edə bilər. Video iştirakçının Londonda nə görmək istədiyini əks etdirməli və 5 dəqiqədən artıq olmamalıdır. Hər bir iştirakçı öz videosunu YouTube saytına yükləməli və linkini [email protected] yaxud [email protected] ünvanına göndərməlidir. Elektron məktubun mövzu hissəsində iştirakçı “bmi videomüsabiqə” yazmalıdır, məktubun içində isə öz adını, məşğuliyyətini, əlaqə məlumatlarını, habelə, videonun qısa təsvirini qeyd etməlidir.
Videomüsabiqə 2010-cu il dekabrın 13-dən dekabrın 26-dək davam edəcək. 26 dekabr saat 18.00-dan gec göndərilən videolar müsabiqəyə buraxılmayacaq. Jüri “İrəli” İctimai Birliyinin və bmi şirkətinin nümayəndələrindən ibarət olacaq.

Müsabiqənin qalibi Londona ikitərəfli bilet və bmi şirkətindən hədiyyələr qazanacaq. İkinci yeri tutmuş şəxs Londona ikiistiqamətli bilet əldə edəcək. Üçüncü yerin sahibinə bmi şirkətindən hədiyyələr təqdim ediləcək.

Bütün aeroport vergiləri bmi şirkəti tərəfindən ödəniləcək. Lakin bmi şirkəti viza xərcləri, aeroporta daşınma, habelə, gündəlik xərclərə görə məsuliyyət daşımır. Bilet uçuşdan 14 gün əvvəl sifariş edilməlidir. Biletin sifarişi zamanı boş yerlərin olması da nəzərə alınır. İyul, avqust aylarında və pik dövrlərdə uçuş etmək olmaz. Biletdən 2011-ci il dekabrın 26-dək istifadə etmək olar. bmi şirkətinin baqaj və əl yükü ilə bağlı qaydaları qüvvədədir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!