Modern.az

“Araz” orta məktəblər barədə fikirlərinə düzəliş etdi

“Araz” orta məktəblər barədə fikirlərinə düzəliş etdi

Qarabağ

13 Dekabr 2010, 12:10

“Araz” hazırlıq kursları Azərbaycanda ən çox məktəbli cəlb edən kurslardan biridır. Bəzi valideynlərin Modern.az saytına verdikləri məlumata görə, “Araz” kursları cəlb etdiyi məktəblilər arasından yalnız 700 bal toplamağa qadir olan uşaqları xüsusi nəzarətə götürür, yerdə qalanlarla ciddi şəkildə maraqlanmır.

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı “Araz” hazırlıq kurslarının baş idarəsində olub.

Maraqlıdır ki, əməkdaşımız orada olarkən kursun fizika fənni üzrə metodisti Vüqar Rəcəbov bir neçə gün öncə saytımıza orta məktəblərlə bağlı səsləndirdikləri fikirlərin tam əksini söyləyib.

Qeyd edək ki. V.Rəcəbov öncə problemin kökünün orta məktəblərdə olduğunu demişdi: “Eyni orta məktəbdən gələn şagirdlərdən biri sınaq imtahanlarında yüksək nəticə göstərir, digəri isə çox zəif. Demək problem orta məktəbdədir, orta məktəblərin bazası zəifdir”.

Bu dəfə V.Rəcəbov dedi ki, məktəblilərin “Araz”a gələrkən onların imkanlarının sıfır olduğunu demək düz olmaz: “Bununla ən azı orta məktəblərə haqsılzlıq etmiş olarıq”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır