Modern.az

Ucqar kəndin gənc müəllimi: “Maaşım ancaq özümə çatır” - MÜSAHİBƏ

Ucqar kəndin gənc müəllimi: “Maaşım ancaq özümə çatır” - MÜSAHİBƏ

25 Fevral 2016, 14:21

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarlını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir. 
Bu günə kimi respublikanın əksər ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. 

Budəfəki müshaibimiz isə Lerik rayonunun ucqar kəndlərindən birində işləyən Vadər Əmənovdur.

- Əvvəlcə sizi tanıyaq...

- Əmənov Vadər Arzuman oğlu, 1993-cu ildə Cəlilabad rayonu Şatırlı kəndində anadan olmuşam. 2010-ci ildə Araz Qardaşxanov adına Şatırlı kənd orta məktəbini bitirib, həmin il də Şəki Pedoqoji Kollecinə daxil olmuşam. 2011-ci ildə birinci kursu bitirib, əsgərliyə getmişəm. 2015-ildə isə kolleci başa vurmuşam.

- Müəllim olmağı əvvəldən istəmisiniz? Bu qərara necə gəldiniz?

- Bəli, müəllim olmaq uşaqlıq arzum idi, valideynlərim də ən az mənim qədər istəyirdilər ki, müəllim olum.

- İxtisasınızı nə üzrə bitirmisiniz? Nə zamandan işləyirsiniz?

- İxtisasım ibtidai sinif muəlimliyidir. Şəki Pedaqoji Kollecini bitirən ili sənədlərimi Təhsil Nazirliyinə verdim və 15 sentyabr 2015-ci il tarixindən Lerik rayonu Vistən kənd tam orta məktəbində işləməyə başladım.



- Ucqar dağ kəndində müəllim işləməyə necə qərar verdiniz?

- Ümumiyyətlə, müəllimlik peşəsini sevdiyim üçün mənim üçün ucqar dağ kəndində dərs demək çətin gəlmədi.

- Şagirdlərin sizin dərsə marağı necədir?

- Şagirdlərin dərsə marağı olduqca yüksəkdir. Hətta tənəfüsdə belə, dərslə məşğul olmaq istəyirlər. Ümumiyyətlə, təhsil müəssisəmizdə təhsilin keyfiyyəti olduqca yüksəkdir.

- Bəs orada dərs şəraiti, təhsil mühiti necədir?

- Məktəbin kadr potensialı yüksəkdir. Kənd camaatının da dərsə marağı yaxşıdır. Müəllimlər də savadlıdır. Sadəcə məktəbin təmirə ehtiyacı var, uçmaq təhlükəsindədir.

- Gənc yaşda müəllimlik fəaliyyətinə ucqar kənddə başlayan şəxslərə cəmiyyətdə fədakar kimi baxırlar. Siz bu fikrə necə şərh verərdiniz? Sizin üçün də elədir?

- Bu fikirlə razıyam. Ucqar kənd və ya şəhər olmasından asılı olmayaraq, hər kəsin təhsilə ehtiyacı var. Şəhər yerində kadrlar çoxdur. Hər kəs şəhərə qaçsa, bəs bu yerlərdəki uşaqlara kim təhsil verəcək? Vicdanla fikirləşdim ki, ehtiyac olan yerə gedim.

- Bəs yaxşı, aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz? Orada yəqin kirayədə qalırsınız...

- Bəli kirayədə yaşayıram. Əlbəttə, hər bir insan ailəsinin maddi durumunu fikirləşir. Mənim aldığım əmək haqqı ancaq özümü idarə etməyə imkan verir. Saat hesabı ilə 265 manat, həvəsləndirməyə 60 manat pul verilir. Ümumilikdə 325 manat olur. Maaşım yalnız kommunal xidmətləri ödəməyə və gündəlik ərzaqları almağa çatır. Amma mənimcün hər şeydən öncə millətimə vicdanla xidmət etməkdir. İnşallah buna da nail oluram.



- Pedaqoji fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib? İstər şagirdlərin dərsə marağının artırılması baxımından, istərsə kollektiv arasında.
..

- Əlbəttə məktəbdə gənc kadr olduğum üçün hamı məndən yeniliklər gözləyir. Mən də bacardıqca, özümü yeni dərs metodlarımla doğruldacam.

- Fikrinizcə, hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti arta bilər?

- Məncə kənd məktəbləri müasir avadanlıqlarla, vəsaitlərlə təmin olunsa və kəndlərdə işləyən pedoji işçilərin əmək haqları artırılsa, fikrimcə, bəzi problemlər də aradan qalxar.

- Kənddə hansı çətinliklərlə qaşrılaşırsınız?

- Burda hələ ki elə bir problem yoxdur.

- Güzəştli şərtlərlə ucqar kəndlərə müəllim işləməyə gedənlər məcburdular ki, 3 il həmin yerdə işləsinlər. 3 il bitdikdən sonra dərs deyəcəyiniz yeri dəyişmək fikriniz var?

- İstəyirəm, 3 ildən sonra da burada qalıb işləyim. Amma öz ailəmin yanında olmağı da çox istəyirəm.

- Dərsdən əlavə repetitorluqla məşğul olursunuzmu?

- Dərsdən kənar heç bir fəaliyyətim yoxdur. Çünki kəndi və kənd camaatını yaxşı tanımıram. Bu kəndin tələblərinə hələ ki uyğunlaşmamışam.



Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?