Modern.az

Ermənistanlı qaçqın sabiq deputatdan əl çəkmir

Ermənistanlı qaçqın sabiq deputatdan əl çəkmir

Dünya

13 Dekabr 2010, 14:04

Qərbi Azərbaycandan olan qaçqın Elmir Məhərrəmov sabiq deputat Nazim Məmmədovla
aralarında yaranan münaqişə ilə bağlı mətbuat konfransı keçirməyə hazırlaşır. Modern.az-ən məlumatına görə, Elmir Məhərəmov bildirib ki, o, sabiq deputat tərəfindən yaşadığı
Nizami rayonu, K.Balakişiyev küçəsi 61 saylı binanın 3 otaqlı mənzilindən məcburi çıxarılıb. E.Məhərrəmov deyir ki, vaxtilə ona məxsus yaşayış sahəsinəd indi N.Məmmədova məxsysy “Logmed” klinikası yerləşdirilib.

“Mən dekabrın 14-də saat 12:00-da Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirib bu barədə ətraflı məlumat verəcəyəm”-deyə E.Məhərrəmov deyir.

N.Məmmədov bir müddət öncə saytımıza demişdi ki, 2004-cü ildən həmin qeyri-yaşayış sahəsini alıb: “Mən həmin yeri notarial qaydada Vəliyev Əli Allahyar oğlundan almşam. Onu da bildirim ki, həmin şəxs mənə qədər bu yeri özəlləşdirmişdi. Lakin mən orada təmir işləri apararkən bir neçə adam, o cümlədən Elmir Məhərrəmov da yaxınlaşıb o yerə iddialı olduqlarını bildirdilər. Məndən əvvəl məsələ Əmlak Komitəsi ilə rayon İcra Hakimiyyəti arasında ciddi mübahisəyə səbəb olubmuş. Məhkəmə olub. Məlum oldu ki, İcra Hakimiyyəti həmin yerin orderini bir neçə adama veribmiş. Amma elə mənə qədər Əli Vəliyev məsələni qanuni yolla həll edə bilib. Bizim araşdırmalarımızdan sonra bəlli oldu ki, Elmir Məhərrəmova nə vaxtsa Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən hazırda klinikanın yerləşdiyi, əvvəllər isə bağça olmuş mənzillərin birinə qanunsuz olaraq order verilib. Sonradan məhkəmin qərarı ilə bina qeyri-yaşayış sahəsi olduğu üçün Əmlak Komitəsin verilib. Fiziki şəxs Vəliyev Əli Allahyar oğlu isə bu mülkü özəlləşdirib. Mən isə bu binanı fiziki şəxs olaraq ondan almışam. Ona görə də, Məhərrəmovun ittihamlarının hər hansı hüquqi əsası yoxdur”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir