Modern.az

QHT-lər və onların maliyyə hesabatları ilə bağlı problemləri...

QHT-lər və onların maliyyə hesabatları ilə bağlı problemləri...

13 Dekabr 2010, 15:44

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin, Counterpart İnternational təşkilatının və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin (İCNL) birgə təşkilatçılığı ilə “Azərbaycanda QHT-lərin illik maliyyə hesabatı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçiriləcək.

Modern.az-ın məlumatına görə, tədbirdə qanunvericiliyə uyğun olaraq, hər il aprelin 1-dək QHT-lərin Maliyyə Nazirliyinə təqdim etməli olduğu illik hesabatlar haqqında ötən ilin təcrübəsi nəzərdən keçiriləcək, habelə əlaqədar yerli və beynəlxalq qurumların mövzu üzrə təqdimatları dinləniləcək.
Dəyirmi masada “QHT-lərin illik maliyyə hesabatı: mövcud vəziyyət və problemlər” mövzusunda Maliyyə Nazirliyinin, “Hüquqi ünvanın dəyişdirilməsi barədə QHT-nin məlumat vermək öhdəliyi” mövzusunda Ədliyyə Nazirliyinin, “QHT-lərin vergi hesabatlığı: problemlər və sanksiyalar” mövzusunda Vergilər Nazirliyinin, “Maliyyə hesabatlığı sahəsində digər ölkələrin ən yaxşı təcrübəsi” mövzusunda Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin (İCNL) və “İllik maliyyə hesabatı və QHT-lərin problemləri” mövzusunda Gənc Mühasiblər Birliyinin nümayəndələri məruzə ilə çıxış edəcəklər.
Şuradan bildirilib ki, tədbir 14 dekabr 2010-cu il saat 9.00-da “Park İnn” hotelində olacaq

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi