Modern.az

Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib

Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib

22 Oktyabr 2009, 17:54

Bakıdakı Beynəlxalq Muğam Mərkəzinə direktor təyinatı olub. Modern.az  Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət və turizm nazirir Əbülfəs Qarayev Beynəlxalq Muğam Mərkəzinə direktor təyinatı ilə bağlı əmr imzalayıb. Nazirin əmri ilə İbrahim Hacıbaba oğlu Quliyev Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilib. İldırım Əli-Nasir oğlu Kazımov isə adı çəkilən mədəniyyət ocağının direktor müavini vəzifəsinə təsdiqlənib.
Dənizkənarı Milli parkda yerləşən Beynəlxalq Muğam Mərkəzinin təməli 2005-ci ilin avqustunda qoyulub, açılışı isə 2008-ci il dekabrın 27-də olub. Mərkəz Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında yer alır. Onun inşası YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilib.
Mərkəz ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi