Modern.az

“Azadlıq” qəzetinin saytı işləmir

“Azadlıq” qəzetinin saytı işləmir

13 Dekabr 2010, 17:39

“Azadlıq” qəzetinin saytı yenidən haker hucumları nəticəsində dağıdılıb. Bu barədə Modern.az saytına qəzetin əməkdaşı Natiq Adilov məlumat verib. Dünəndən edilən hucumlar nəticəsində normal fəaliyyət göstərə bilməyən qəzetin saytı bu gün səhər işini bərpa etsə də, bir necə saat əvvəl yenidən fəaliyyətini dayandırmağa məcbur olub.
“Azadlıq” qəzetinin redaktoru Alı Rza Modern.az-a bildirib ki, dekabrın 9-u günortadan sonra saytın serverlə bağlantısı qəflətən kəsilib.
Səbəbini araşdırmaq üçün dərhal serverlə yazışmalara başlayanda bəlli oldu ki, sayt həmin serverdə fəaliyyətini davam etdirə bilməyəcək. Çünki server özünü qorumaq məqsədi ilə sayta olan hücumlardan dolayı onunla bağlantını kəsib. Bundan sonra sayta yeni server alaraq saytı ora köçürüblər.

“Əməliyyatların aparılması səbəbindən ötən həftə ərzində istifadədə olmadıq. Dekabrın 12-i gecə saytın işi bərpa olundu və 13-ü səhər saatlarına qədər işlədi. Səhər saatlarında yenidən problem yarandı. Yeni server məlumat göndərdi ki, saytla bağlantını müvəqqəti açır, çünki sayta çoxlu spam hücumu var, bu da serverə problem yaradır. Hazırda bu spam probleminin haradan və necə yarandığı, onu həll etməyn yolları araşdırılır. Problem yoluna qoyulan kimi yeni serverdə fəaliyyətimiz davam edəcək”-deyə A.Rza bildirib.
Sayt ilk vaxtlar azadliq.info domeni üzərindən, bir az sonra isə həm də azadliq.az domeni üzərindən işləyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır