Modern.az

İlham Əliyev Əhməd Davutoğlunu qəbul edib

İlham Əliyev Əhməd Davutoğlunu qəbul edib

22 Oktyabr 2009, 18:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün salamlarını İlham Əliyevə çatdırıb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi