Modern.az

Qənirə Paşayeva bir neçə ölkənin birinci xanımı ilə görüşüb

Qənirə Paşayeva bir neçə ölkənin birinci xanımı ilə görüşüb

Dünya

14 Dekabr 2010, 11:33

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak edən millət vəkili Qənirə Paşayeva və Rabitə və İnformasiya Texnalogiyaları nazirliyi nəzdindəki yüksək texnologiyaların tədqiqi mərkəzinin direktoru, professor Sevda Abdullayeva forum çərçivəsində Misirin birinci xanımı Suzan Mübarəklə görüşüblər.
Misirin birinci xanımı Azərbaycanla münasibətlərin və əməkdaşlığın inkişafından məmun olduğunu vurğulayıb.
Qənirə Paşayeva isə Azərbaycan dövlətinin və rəhbərliyinin Misir dövləti ilə münasibətlərin və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib.

Forum çərçivəsində Bəhreyin Krallığının birinci xanımı, prinsessa Sabeeka bint İbrahim Əl Xəlifə ilə də görüş keçirilib. Q.Paşayeva Bəhreynin birinci xanımına və eyni zamanda ölkəsində Qadın məsələləri üzrə Ali Şuranın Prezidenti olan Sabeeka bint İbrahim Əl Xəlifə Azərbaycanla bağlı məlumatlar verib, fikir mübadiləsi aparıb.
Qənirə Paşayeva  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müxtəlif sahələr, o cümlədən mədəniyyətlər və sivilizasiyalararası  dialoq sahəsində gördüyü işlər barədə də Bəhreyn Krallığının birinci xanımına məlumatlar verib.
Bundan başqa forum çərçivəsində Polşanın keçmiş birinci xanımı, Polşa və dünya səviyyəsində insan alverinə qarşı mübarizə, səhiyyə ilə bağlı müxtəlif kompaniyalara rəhbərlik edən, bir neçə Fondun rəhbəri olan Jolanta Kvasneskaya ilə də görüş keçirilib. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirən Jolanta Kvasnevskaya Azərbaycanla əməkdaşlığının dərinləşməsində, müxtəlif layihələr çərçivəsində əməkdaşlığını genişləndirməkdə maraqlı olduğunu bildirib.
  
Forum çərçivəsində həmçinin uzun illər BMT-də məsul vəzifələr tutmuş Qadınların Beynəlxalq Sülh Hərəkatının üzvü olan xanım Thereze Gaztautla da görüş keçirilib. Görüş zamanı xanım Gaztauta Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsi ətrafında bu günkü vəziyyətlə bağlı məlumatlar verilib,  fikir mübadiləsi aparılıb. Eyni zamanda  Thereze Gaztauta Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və Mədəniyyətini özündə əks etdirən kitablar hədiyyə edilib.
 Qənirə Paşayeva BMT-yə Butros Qalinin rəhbərliyi dönəmində, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə səfər etmiş Thereze Gaztautu Azərbaycana dəvət edib.

 Qeyd edə ki, Misirin Luksor şəhərində Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin rəsmilərinin rəhbərlik etdiyi “İnsan alverinə qarşı Beynəlxalq Forum” u keçirilib. Palermo Konvensiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq forumda dünyanın bir sıra nüfuzlu siyasi və ictimai xadimləri, məhşur sənətçilər qatılıb. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!