Çin Xalq Respublikasının sədri Si Tsinpin yaxın zamanlarda ABŞ prezidenti Barak Obama ilə görüşəcək.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda Çinin Dövlət Şurasının baş naziri Li Keçyan ABŞ maliyyə naziri Ceykob Lyu ilə danışıqların gedişatında bildirib.“Si Tsinpin tezliklə prezident Barak Obama ilə yenidən görüşəcək. Bu isə Çinlə Amerika arasında əlaqələrin inkişafına imkan yaradacaq”
Bununla belə o, liderlərin görüşünün tarixi və müzakirə olunacaq məsələlər barədə məlumat verməyib.
Aqşin Kərimov