Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsi üçün birinci qrant müsabiqəsinə ümumilikdə 1 milyon manat ayırıb. Bu barədə Modern.az saytına Şuranın katibliyindən məlumat verilib.
Şuradan bildirilib ki, dekabrın 6-dan müsabiqədə iştirak etmək istəyən QHT-lərdən sənədlərin qəbulu başlayıb.
Budəfəki müsabiqə 8 istiqamət üzrə keçirilir. Ərizələrin qəbulu 30 dekabr 2010-cu il tarixində başa çatacaq.
QHT-lərə Dövlət Dəstəyi Şurasının məlumatına görə, müsabiqənin nəticələri 2011-ci ilin martın 1-dən sonra elan olunacaq.
Şura ilk növbədə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcək:
N | Müsabiqənin istiqamətləri | 1 layihənin maksimum məbləği | Müsabiqənin ümumi fondu |
1 | İnsan hüquqları və demokratiya | 10.000,0 | 90.000,0 |
2 | Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində təşəbbüslər | 10.000,0 | 90.000,0 |
3 | Təhsil məsələlərinə dair təşəbbüslər | 15.000,0 | 120.000,0 |
4 | Mədəniyyətə dair təşəbbüslər | 10.000,0 | 80.000,0 |
5 | Səhiyyə məsələlərinə dair təşəbbüslər | 10.000,0 | 80.000,0 |
6 | Ətraf mühitin mühafizəsinə dair təşəbbüslər | 10.000,0 | 90.000,0 |
7 | Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi | 14.000,0 | 250.000,0 |
8 | Sosial məsələlərə dair təşəbbüslər | 15.000,0 | 200.000,0 |
| CƏMİ |
| 1.000.000,0 |
Modern.az