Modern.az

Bu ölkədə dilənçi baş nazirdən 12 min funt az qazanır

Bu ölkədə dilənçi baş nazirdən 12 min funt az qazanır

1 Mart 2016, 10:09


İngiltərədə dilənçilik peşəsinin sirlərinə yaxşı bələd olan insanların gəlirləri müəyyən olunub.

Belə ki, bu meyar ölkənin Vulverqempton şəhərində peşəkar bir dilənçinin ildə 130 min funt-sterlinqə yaxın pul topladığı ortaya çıxdıqdan sonra müəyyən edilib.

Modern. az xarici KİV-ə istinadən xəbər verir ki, peşəkar dilənçi insalardan pul istəyərkən əsas səbəb kimi evsiz olduğunu deyir.

Vulverqempton şəhər bələdiyəsinin rəsmisi Stiv Evans bu adamın dilənmək yolu ilə bir gündə 500 funt sterlinq, son beş gündə də 2.500 funt sterlinq topladığını deyib.

 İldə 130 min funt-sterlinqə gəlib çıxan bu qazanc İngiltərənin baş naziri Devid Kemeronun əmək haqqından yalnız 12 min funt-sterlinq əskikdir.

Şəhər rəsmisi Stiv Evans açıqlamsında bildirib ki, əslində dilənən həmin insanların evləri var, onlar sadəcə olaraq içki almaq üçün dilənirlər.

Qeyd edək ki, artıq İngiltərənin Vulverqempton şəhərində aparılan bu araşdıremadan sonra ölkədə bir dilənçinin il ərzində orta hesabla 100-110 min funt sterlinqə yaxın gəlir əldə etdiyi müəyyən olunub.

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı